QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 17:06
Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Qalanews"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən H.Z.Tağıyev küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən Əkbərov İdrak Əliməmməd oğluna məxsus fərdi yaşayış sahəsində yerləşən quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozulduğu, istehsal edilən məhsulların etiketlənmə aparılmadan və baytarlıq-sanitariya nəzarətindən keçirilmədən satışının həyata keçirildiyi məlum olub. Həmçinin döşəmə, divar, tavanın tamlığının pozulduğu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub.




Baxış sayı: 153



OXŞAR XƏBƏRLƏR