QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 15:27
Bakı metrosunda ventilyatorlar yay rejiminə keçirilib
Bakı metropoliteninin stansiyaları və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib. Fəsillər üzrə tərtib olunan qrafik gün ərzində havanın hərarətindən asılı olaraq, ventilyatorların axına və sovurmaya işləməsini də nəzərdə tutur.

“Qalanews” xəbər verir ki, əsas hesabatlara uyğun olaraq, tunel və stansiya ventilyatorlarının iş rejimi fərqli qurulur. Bu zaman dempferlərin qoşulması və qatarların hərəkətindən yaranan hava kütləsinin dövr etməsi nəticəsində stansiyalarda sabit mikroiqlim mühitinin yaranması təmin edilir. Buna nümunə olaraq, günün isti saatlarında stansiyalarda yerləşən ventilyatorların axına deyil, sovurmaya işləməsi qeyd oluna bilər. Nəticədə, isti hava kütləsinin stansiyalara vurulmasının qarşısı alınmaqla mikroiqlim mühiti optimallaşdırılır. Lakin ventilyasiya sisteminin iş rejimi yay fəslinə uyğunlaşdırılsa da, hava haqqında proqnozlaşdırılan məlumatlar və digər məsələlər diqqətdə saxlanılır. Bu monitorinqlər hər fəsil ərzində də operativ qərarların verilməsini istisna etmir.

Onu da əlavə edək ki, Bakı metropolitenində ventilyatorların (süni havalandırma sistemi) və dempferlərin (təbii havalandırma sistemi) mərkəzləşdirilmiş idarəetmə prinsipləri tətbiq edilir. Bu isə dispetçerə sovurmaya və axına çalışan ventilyatorların iş rejimini dəyişmək imkanı verir. Bu məqsədlə Bakı metropolitenində bütün ventilyatorların idarəetməsi müvafiq fiberoptik kanallar vasitəsilə yenidən qurulub və məsafədən müasir idarəetmə sistemləri tətbiq olunub.

Ümumən, Bakı metropolitenində mikroiqlim nəzarəti iki mühüm sahə vasitəsilə həyata keçirilir. Birincisi, ay ərzində ən azı iki dəfə olmaqla, müasir diaqnostika kompleksi bütün stansiyalar üzrə mikroiqlim məlumatlarını avtomatik qeydə alaraq, arxivləşdirir. Bununla yanaşı, hər gün qrafik üzrə stansiyalarda müasir əl cihazları ilə ölçmələr aparılır. Bu sırada havanın hərarəti, rütubətliliyi, oksigen miqdarı, tozluluğu və s. parametrlər üzrə bir stansiyanın 15-20 nöqtəsində ölçmələr təşkil edilir. Müasir cihazlar vasitəsilə bu nəticələr arxivləşdirilərək təhlillər aparılır.



Baxış sayı: 140



OXŞAR XƏBƏRLƏR