QALA NEWS

29 May Çərşənbə

Bakı 20˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jun 2023, 15:12
“Qızıl buts”un sahibi müəyyənləşib
Avropanın milli liqalarında ən çox qol vuran futbolçu üçün təsis olunan “Qızıl buts”un sahibi müəyyənləşib.

Qalanews saytının məlumatına görə, bunu mükafatı təqdim edən “European Sports Media”ya üzv olan “Marka” nəşri açıqlayıb.

“Mançester Siti”nin hücumçusu Erlinq Haland karyerasında ilk dəfə qitənin ən məhsuldar oyunçusu olub. Bəzi ölkələrdə çempionat bitmədiyindən nəzəri cəhətdən kiminsə onu keçməsi mümkündür. Buna baxmayaraq, “Marka” Premyer Liqada vurduğu 36 qolla 72 xal toplayan Halandı mükafatın sahibi elan edib.

“Tottenhem”də 30 qol vuran Harri Keyn 60 xalla ikinci olub. Kilian Mbappe PSJ-dəki 29 qolu ilə 58 xal toplayıb.

Qeyd edək ki, bundan əvvəlki son iki mövsümdə “Qızıl buts”u Robert Levandovski qazanıb.



Baxış sayı: 150



OXŞAR XƏBƏRLƏR