QALA NEWS

02 May Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jun 2023, 11:25
Messidən sonra daha bir ulduz futbolçu PSJ-dən gedəcəyini açıqladı
Fransa Liqa 1 komandalarından olan PSJ-də çıxış edən 37 yaşlı ispan müdafiəçi Serxio Ramos da klubdan ayrılır.

Qalanews xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablnda açıqlama yayıb:

"Sabah xüsusi bir gün olacaq, sabah həyatımın başqa bir mərhələsi ilə vidalaşacağam, Paris Saint-Germain ilə vidalaşacağam. Özünüzü nə qədər yerdə evinizdəki kimi hiss edə biləcəyinizi bilmirəm, amma şübhəsiz ki, PSJ, onun azarkeşləri və Paris mənim üçün onlardan biri olub”.

Qeyd edək ki, 2021-ci ildə "Real Madrid"dən PSJ-ə transfer olunan Serxio Ramos 2 mövsümdə Paris komandasında cəmi 57 oyun keçirərək 5 qol vurub. İspaniyalı müdafiəçi 2 Fransa çempionu və 1 Fransa Superkubokunu qazanıb.




Baxış sayı: 153



OXŞAR XƏBƏRLƏR