QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jun 2023, 11:12
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəb birinciliyi başlayır
Bu gün İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə açıq məktəb birinciliyinə start veriləcək.

"Qalanews"un məlumatına görə, iki gün davam edəcək yarışda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Grasiya” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Su İdmanı Sarayı, Şağan Olimpiya İdman Kompleksini təmsil edən 127 fərdi gimnast və 10 qrup komandası mübarizə aparacaq.

Turnirdə idmançılar fərdi (balacalar – 2013, 2014, 2015, 2016-cı il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2013-2015-ci il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər.



Baxış sayı: 152



OXŞAR XƏBƏRLƏR