Bakıda davam edən taekvondo üzrə dünya çempionatını izləyənlər arasında Azərbaycanla Türkiyənin qaziləri və amputant futbolçuları da öz yerlərini alıb.
Qalanews saytının məlumatına görə, onlar mundialın yarımfinal və final döyüşlərini, xüsusilə türkiyəli taekvondoçuların mübarizələrini həyəcanla izləyiblər.
Yarışdan sonra qazilər və amputant futbolçular təşkilatçı komanda ilə görüşüb və onlara dünya çempionatına dair müxtəlif hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilən mundiala 145 ölkədən 1000-ə qədər taekvondoçu iştirak edir. Yarışla bağlı Bakıya 3000-dən artıq qonağın gəldiyi Bakı şəhərində çempionat çərçivəsində tədbirlər keçirilir.