QALA NEWS

20 İyun Cümə axşamı

Bakı 26˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 18:02
İPL: “Mançester Siti” “Liverpul”a böyük hesabla qalib gəldi
İPL: “Mançester Siti” “Liverpul”a böyük hesabla qalib gəldi 
İngiltərə Premyer Liqasında (İPL) XXIX tura start verilib.

Qalanews   xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” öz meydanında “Liverpul”u qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 17-ci dəqiqədə Məhəmməd Salahla “Liverpul” açıb. Lakin “şəhərlilər” bunun əvəzini artıqlaması ilə çıxıblar. Fasiləyə qədər Yulian Alvares hesabı bərabərləşdirib. İkinci hissədə isə Kevin De Brüyne, İlkay Gündoğan və Cek Qrilliş “Mançester Siti”yə qələbə qazandıran qolları vurublar.

28 matçda 64 xal toplayan “Mançester Siti” İPL-in turnir cədvəlində ikinci pillədədir. Komanda lider “Arsenal”dan 5 xal geri qalır. “Liverpul” isə 27 matçda topladığı 42 xalla altıncı yerdədir.



Baxış sayı: 183



OXŞAR XƏBƏRLƏR