QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 17:10
De Byazi 3 futbolçuya ehtiyac duymadı
De Byazi 3 futbolçuya ehtiyac duymadı

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Avstriya yığmasına qarşı keçirəcəkləri oyun üçün 23 futbolçudan ibarət heyəti müəyyənləşdirib.

Qalanews   xəbər verir ki, 67 yaşlı mütəxəssis sərəncamındakı 26 futbolçudan 3-nü heyətdən çıxarmalı olub.

İtaliyalı məşqçi Ceyhun Nuriyev (“Sabah”), Azər Salahlı (“Neftçi”) və Rüstəm Əhmədzadənin (“Zirə”) xidmətindən yararlanmamağa qərar verib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli də zədəli olduğu üçün millinin heyətindən çıxarılmışdı.

Bu gün Lins şəhərindəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Qapıçılar: Səlahət Ağayev, Emil Balayev, Yusif İmanov;

Müdafiəçilər: Tellur Mütəllimov, Azər Əliyev, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Höccət Haqqverdi, Anton Krivotsyuk, Bəxtiyar Həsənalızadə;

Yarımmüdafiəçilər: Riçard Almeyda, Filip Ozobiç, Elvin Camalov, Eddi İsrafilov, Emin Mahmudov, Aleksey İsayev, Ozan Can Kökçü;

Hücumçular: Ramil Şeydayev, Musa Qurbanlı, Namiq Ələsgərov, Renat Dadaşov.



Baxış sayı: 153



OXŞAR XƏBƏRLƏR