Xoyda yeraltı təkanlardan sonra Naxçıvanda durum necədir?
“İranda baş verən zəlzələdən sonra Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb”.
Bu barədə Qalanews-a Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.
Məlumata görə, yeraltı təkanların episentri 7 km dərinlikdə olub. Hadisə Bakı vaxtı ilə 07:16-da qeydə alınıb.
Zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub.