QALA NEWS

29 May Çərşənbə

Bakı 20˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 Mar 2023, 18:13
Ölkədə meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulur
Ölkədə meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulur
23 mart “Ümumdünya Meteorologiya Günü” kimi qeyd olunur. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlər görülür. Xüsusilə son illərdə ənənəvi müşahidə qurğuları artıq müasir avtomat stansiyalarla əvəz edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Rafiq Verdiyev bildirib ki, müasir avtomat stansiyalar həm ölkə, həm də beynəlxalq yayıma ötürülən məlumatların kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına zəmin yaradır:

“Təkcə hidrologiya sahəsində son 3 ildə iri çaylar üzərində Avropa istehsalı olan 40 ən müasir avtomat stansiya quraşdırılıb və onlayn rejimdə fəaliyyət göstərir. Onlardan 11-i vasitəsilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisindəki çaylarda həm suyun miqdarı, həm də transsərhəd çaylarda suyun keyfiyyəti nəzarətdə saxlanılır”.

R.Verdiyev qeyd edib ki, innovativ tətbiqlər digər istiqamətləri də əhatə edir və dövlət investisiya layihəsi çərçivəsində müşahidə şəbəkəsində 4 dəst dəniz, 2 ədəd dopler radar, 17 dəst meteoroloji, bir dəst aqrometeoroloji stansiya istifadəyə verilib:

“Avtomatlaşdırılmış hidrometeoroloji və hava keyfiyyəti stansiyalarından alınmış məlumatların Milli Hidrometeorologiya Xidmətində yeni yaradılmış Situasiya Mərkəzində onlayn şəkildə vizuallaşması təmin edilib. Cari ilin birinci yarısında isə Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji stansiyaların istismara verilməsi nəzərdə tutulub”.

Xidmət rəsmisinin sözlərinə görə, bu fəaliyyətlər proqnoz və xəbərdarlıqların dəqiqliyini artırmaqla ölkənin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Rafiq Verdiyev onu da bildirib ki, Azərbaycanda da 2030-cu ilədək bütün ölkələr tərəfindən yaradılması hədəflənən “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulur.



Baxış sayı: 150



OXŞAR XƏBƏRLƏR