QALA NEWS

19 May Bazar

Bakı 11˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 Mar 2023, 00:14
“Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu
“Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu 
Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir.

Qalanews.com xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Borussiya” “Köln”lə üz-üzə gəlib. Görüş dortmundluların qələbəsi ilə başa çatıb - 6:1.

Sebastyan Alle və Marko Roysun dubl etdiyi matçda “Borussiya”nın digər qollarını Donyel Malen və Rafael Qerreyru vurub. “Köln”ün təsəlli qoluna Deyvi Selke imza atıb.

Qələbə sayəsində xallarını 53-ə çatdıran “Borussiya” “Bavariya”nı geridə qoyaraq, liderliyi ələ keçirib. Bir oyun az keçirən Münhen klubunun 52 xalı var.




Baxış sayı: 203



OXŞAR XƏBƏRLƏR