QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Mar 2023, 16:44
UFC çempionunun məşqçisi: “Geyci ilə döyüşün gedişatına Fiziyev diktə edəcək”
UFC çempionunun məşqçisi: “Geyci ilə döyüşün gedişatına Fiziyev diktə edəcək”
Yüngül çəkidə UFC çempionu Aleks Volkanovskinin məşqçisi Frenk Hikman Castin Qeyci ilə Rafael Fiziyev arasında keçiriləcək döyüş haqda fikirlərini bölüşüb.

O, döyüşün gedişatına Azərbaycan təmsilçisinin diktə edəcəyini deyib:

“Rafael Fiziyev tam MMA döyüşçüsüdür. O, təkcə yumruq atmağı yox, güləşi də yaxşı bacarır. Rafael müdafiədə də, hücumda da Geycinin öhdəsindən gəlməyə qadirdir. O hər zaman təhlükəlidir. MMA döyüşündə hər şeyə hazır olmalısan. Düşünürəm ki, bu döyüşün gedişatına Rafael Fiziyev diktə edəcək. Ona sadəcə məsafəni qorumaq və mübarizə aparmaq lazımdır. Fiziyevin döyüş intellekti həlledici olacaq. Castin üçün bu, çox uzun bir gecə ola bilər”.

“UFC-286” turniri çərçivəsində keçiriləcək Rafael Fiziyev - Castin Geyci döyüşü bu gecə İngiltərənin paytaxtı Londonda baş tutacaq.



Baxış sayı: 170



OXŞAR XƏBƏRLƏR