QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 17:40
Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı
Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı
İki il əvvəl - aprelin 24-də Sabirabad rayonunun Cavad kəndində gəlinin müəmmalı ölümü baş verib. Rayonun Əlicanlı kəndindən qonşu Cavad kəndinə gəlin köçən 20 yaşlı Zeynalova Səmayə Xalid qızı həmin həyətdə nar ağacından asılı vəziyyətdə ölü tapılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılıb, bir müddət sonra hadisənin intihar olduğu qənaətinə gəlinib və cinayət işinə xitam verilib.

Qalanews.com  xəbər verir ki, Səmayənin valideynləri istintaqın şəffaflığından narazı qalırlar və uzun sürən get-gəllərdən sonra işin yenidən baxılmasına nail olublar.

Valideynlərin iddiasına görə, Səmayə intihar etməyib, onu qətlə yetiriblər.

Ölümündən qabaq Səmayə Bakıda yaşayan bacısına “WhatsApp”da səsli mesaj atıb. Bu mesajı ölümündən 40 dəqiqə əvvəl bacısına yollayıb. Ailəsi deyib ki, bu səs heç də intihara hazırlaşan adamın səs tonuna oxşamır.

Digər bir diqqətçəkən məqam onun özünü kövrək olan nar ağacından asması idi ki, bu da ağlabatan görünmür. Valideynlər bildiriblər ki, meyitin boğazındakı kəndir izi şaquli vəziyyətdə asılmış kəndir izinə oxşamayıb. Həmçinin meyitin bədən və baş nahiyəsində xəsarət izlərinin olması hadisənin intihar olmaması şübhələrini artırıb.

Valideynlər iddia ediblər ki, ilk dəfə qarşı tərəf onların müqavilə imzaladığı vəkili ələ alıblar. Vəkil qarşı tərəfin maraqlarına xidmət edib. Sonradan o vəkildən imtina edilib. İndi isə yeni vəkil - Samir Zeynalovla müqavilə imzalanıb.

Valideynlər bildiriblər ki, qızları sevdiyi adamla evlənib. Bəlkə də məhz bu səbəbdən evdə yaşanan problemləri ailəsinə vaxtında bildirməyib. Atası bildirib ki, qızının ölüm xəbərini eşidən zaman onu infarkt vurub və xəstəxanaya yerləşdirilib.

Səmayənin gəlin köçdüyü ailə ilə əlaqə saxlanılıb, açıqlama almağa cəhd olsa da, ailə üzvləri çəkilişə razılıq verməyiblər.

Sadalanan iddialarla bağlı Baş Prokurorluqla əlaqə saxlanılıb. Baş Prokurorluqdan bildirilib ki, qeyd edilən faktla bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq Sabirabad Rayon Prokurorluğu tərəfindən davam etdirilir.

Qeyd edək ki, mərhum Səmayənin 2 yaşlı Əlişirin adlı oğlu qalıb. Uşaq atası Eldar Quliyevlə yaşayır. Artıq 2 ildir uşaq nə ana nənəsini, nə də ana babasını görməyib.



Baxış sayı: 118



OXŞAR XƏBƏRLƏR