QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 15:02
Muxtar Babayev növbəti vətəndaş qəbulu keçirdi
Muxtar Babayev növbəti vətəndaş qəbulu keçirdi 
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, yanvarın 31-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. 

Bu barədə Qalanews.com-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Mətbuat xidmətindən bildirilib.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.



Baxış sayı: 102



OXŞAR XƏBƏRLƏR