QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Sep 2022, 20:50
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

Yunanıstanın "Olimpiakos" klubu "Qarabağ"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edə bilər.

Buna səbəb komandanın əsas qolkiperi Tomaş Vatsliklin zədələnməsidir. O, Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sağ çiynindən xəsarət alıb.

Təcrübəli qapıçı uzun müddət yaşıl meydanlardan kənarda qalarsa, Pirey təmsilçisi PAOK-un keçmiş çərçivə qoruyucusu Aleksandros Pasxalakisi heyətinə qatacaq.

Cənubi Koreya yığmasının heyətində zədələnən "Olimpiakos"un hücumçusu Hvan Uy Conun isə durumu ciddi deyil. Onun "Qarabağ"a qarşı matçda oynayacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Baxış sayı: 234



OXŞAR XƏBƏRLƏR