QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Jul 2023, 11:36
“Titanik”də yazılan məktub 12 min dollara satıldı
“Titanik” gəmisində olan sərnişinlərdən birinin yazdığı məktub Uruqvayda keçirilən hərrac zamanı 12 min dollara satılıb. 

“Qalanews” xəbər verir ki, bu barədə məlumatı “EFE” agentliyi yayıb.

1912-ci il aprelin 11-i tarixli bu məktubu uruqvaylı Ramon Artaqaveytiya Qomes öz qardaşına yazıb. Məktub “Titanik” gəmisinin Atlantik okeanına yola düşməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərilib. 

Məktubu alan şəxsin adı açıqlanmayıb. 

Qeyd edək ki, “Titanik” gəmisi 1912-ci ildə aprelin 14-dən 15-nə keçən gecə batıb. Hadisə nəticəsində gəmidə olan 2224 nəfərdən 1513 nəfəri həlak olub.




Baxış sayı: 176



OXŞAR XƏBƏRLƏR