QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Jun 2023, 17:35
Himalaylarda buzlar sürətlə əriyir - 2 milyard insan susuz qala bilər
Hindukuş və Himalay dağ silsilələrində buzlaqlar görünməmiş sürətlə əriyir.

“Qalanews” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin yeni hesabatında qeyd olunub.

Hesabata görə, istixana qazı emissiyaları kəskin şəkildə azalmasa, buzlaqlar 21-ci əsrdə öz həcminin 80%-ni itirə bilər.

Daşqınların və uçqunların qarşıdakı illərdə daha da artacağı və 12 çayın aşağı axınında yaşayan təxminən 2 milyard insan üçün şirin suyun mövcudluğunun məhdudlaşacağı barədə xəbərdarlıq edilib.

Hindukuş Himalay silsilələrindəki buz və qar, Asiyanın 16 ölkəsindən axan çaylar üçün vacib su mənbəyidir. Belə ki, bu çaylar dağlarda 240 milyon insanı, aşağı axınında isə daha 1,6 milyard insanı şirin su ilə təmin edir.

Bundan əlavə, son araşdırmalar göstərir ki, Everest dağının buzlaqları 30 ildə 2000 illik buz itirib.

Alimlərin fikrincə, bu ərazilərdə buzlar əridikdən sonra onu donmuş formasına qaytarmaq mümkünsüzə yaxın olacaq.




Baxış sayı: 167



OXŞAR XƏBƏRLƏR