QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Jun 2023, 15:15
“Şəhid övladları bizim sevgimizlə böyüməlidirlər” - Cəlal Qurbanov
Vətən müharibəsindən sonra şəhid ailələrinə və vətənpərvərlik mövzularına həssaslığı ilə seçilən “Fire Land Production” son 3 ildə bu qəbildən olan 20-dən çox tədbir keçirib, bu tədbirlərdə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumlar tərəfindən dəstəklənib.

"Qalanews" xəbər verir ki, keçən il 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü Heydər Əliyev Mərkəzinin qarşısında 400 şəhid anası və 150 şəhid övladı ilə bərabər keçirən təşkilatçılar bu səfər bayramı daha bir anlamlı məkanda qeyd ediblər.

Azərbaycan xəritəsində simvolik olaraq “Qartalın dimdiyi” adlanan Şahdili sahili şəhid ailələrinin ayaq izləri ilə möhürlənib, ucqar sahildə şəhidlərimizin ruhu yad edilib.

Abşeron Milli Parkına daxil olan ərazidə parkın rəhbəri Etibar İbrahimli şəhid ailələrinə unudulmaz gün keçirmələri üçün xüsisi diqqət göstərib. "Mənim atam qəhrəmandır" layihəsi çərçivəsində təşkil edilən tədbirdən möhtəşəm kadrlar klip şəklində əbədiləşdirilib. Eyniadlı video kompozisiyanın çəkilişləri bundan əvvəl İçərişəhər qoruğunda və Xızı rayonunda baş tutub.

Şəhid övladlarının əyləncəli gəzinti proqramına qoşulan müğənni Zamiq Hüseynov Şahdili burnunda uşaqlarla bərabər unudulmaz səhnələrdə iştirak edib.

Şəhid övladları sülh rəmzi olan göyərçinləri “Qartal dimdiyi”ndən havaya buraxıblar. Sonra şəhid övladları uçan şarlarla şəhid atalarına "Mənim atam qəhrəmandır" yazılmış simvolik məktub göndəriblər.

Layihənin müəllifi və təşkilatçısı "Fire Land Production"ın rəhbəri,  AYB-nin üzvü Cəlal Qurbanov həmin günlə bağlı fikirlərini belə dilə gətirib:

“Çoxları bilir ki, biz bu layihələri bir hədəfimiz uğrunda davam etdiririk. Şəhid ailələrinə olan diqqətdən əlavə, mənim şəxsi hədəfim sayca 3000-dən çox olan şəhid analarını şəxsən tanımaqdır. Şübhəsiz, biz onları  belə tədbirlərlə bir araya gətirib, ehtiramımızı göstərə, ürək sözlərimizi, minnətdarlığımı çatdıra bilirik. “Mənim atam qəhrəmandır” layihəsi tək “Fireland production”un deyil, bərabər addımladığımız bu yolda bizimlə gedən, bizə dəstək verən dövlət qurumlarının, könüllülərin, dostlarımızın layihəsidir.

Sirr deyil ki, cənab Prezident İlham Əliyev, şəxsən vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondu şəhid ailələrinə qarşı maksimum həssaslıq, qayğı ilə yanaşır. 

Daxili İşlər Nazirliyi isə bizim təşəkkür məktublarımıza eyni təşəkkürlə cavab verməklə, bu layihədə yer almaqdan, şəhid əmanətlərini ruhladırmaqdan qürurlandıqlarını hiss etdirirlər. Onlar hər tədbirimizdə şəhid əmanətlərinin yola çıxdığı avtobusları xüsusi kortejlə qorumağa çalışıblar, əsgər salamı ilə şəhid əmanətlərinin öz  şəhidlərilə fəxr duymalarına səbəb olublar. Şübhəsiz, Daxili İşlər Nazirliyinin bu təşkilatçılığının əsas təşəbbüskarı general-polkovik Vilayət Eyvazovdur.

Bu gün Abşeron Milli Parkında keçirdiyimiz bu tədbirdə  parkın rəhbəri Etibar İbrahimli ilə tanış olmaq fürsətimiz oldu. Və nə yaxşı ki, onu da yaxından tanıya bildik dedik. Etibar müəllim təvazökarlığı, yardımsevərliyi, parkın ekoloji cəhətdən təmizliyində şəxsən iştirak etməsi ilə hər birimizin ürəyini fəth etdi. Bütün dostlarıma bu təşkilatçılıq üçün təşəkkür edirəm. Unutmayaq ki,  şəhidlərin geridə qoyduğu əmanətlər bizim məsuliyyətimizə, öhdəliyimizə çevrilməlidir. Şəhid övladları bizim sevgimizlə böyüməlidirlər”.



Baxış sayı: 176



OXŞAR XƏBƏRLƏR