QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Jun 2023, 11:09
“WhatsApp” işlədənlər üçün ÇOX VACİB YENİLİK

Artıq “WhatsApp” mesencerində çatlarda mesajları sancaqlamaq mümkün olacaq.

Qalanews “oxu.az”a istinadən xəbər verir ki, müvafiq funksiya “Android” üçün mesencerin beta versiyasında 2.23.13.11 nömrəsi altında işə salınacaq.

Artıq administrator istənilən mesajı çatın yuxarı hissəsinə sancaqlaya biləcək. Bununla da bütün üzvlər vacib məlumatlardan xəbərdar olacaqlar.

İstifadəçi mesajın nə qədər orada qalacağını da seçə biləcək - bir gün, bir həftə və ya bir ay. Bu müddətdən sonra post avtomatik olaraq çıxacaq.

Bundan əlavə, administrator istənilən vaxt mesajı müstəqil şəkildə ləğv edə bilər.

Müvəqqəti sancma funksiyası inkişaf mərhələsindədir və hələ geniş istifadəçilər üçün əlçatan deyil.




Baxış sayı: 162



OXŞAR XƏBƏRLƏR