QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 May 2026, 13:31
İlk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

QalaNews xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur məsələlərinə dair əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi sessiyaların təşkili, əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.




Seen count: 92



RELATED NEWS