QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 May 2026, 12:27
Azərbaycanda nağdsız ödənişlər apreldə 2 %-dən çox azalıb

Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 2,2 % azalaraq 9 milyard 94 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,969 milyard manatı ( 87,6 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 123 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,9 %-ni təşkil edib.

Bu il mayın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 518 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,5 %, ilin əvvəli ilə müqayisədə 2,45 %, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 11,35 % artaraq 20,473 milyon , kredit kartlarının sayı isə 10,6 % azalaraq 2,045 milyon olub. Apreldə bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,527 milyard manat (illik müqayisədə 5 % az) və 697 milyon manat ( 29,5 % az) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 5,6 %, POS-terminalların sayı isə 23,7 % artaraq müvafiq olaraq 3 586 ədəd (Bakı üzrə 1 930s ədəd) və 160 225 ədəd (Bakı üzrə 101 103 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - Visa İnternational, MasterCard İnternational, American Express, Diners Club İnternational və JCB Carddır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Azərbaycan Mərkəzi Bankı (AMB)
Nağdsız ödənişlərin məbləği




Seen count: 89



RELATED NEWS