QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 May 2026, 09:31
AYNA: 79 nömrəli marşrutun bütün avtobusları yenilənir

79 nömrəli marşrutun bütün avtobusları yenilənir.

Bu barədə QalaNews-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənmişdir.

İyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Qeyd edək ki, son günlər mediada 79 nömrəli avtobusun hərəkət intervalında gecikmələr olduğu, axşam saatlarında isə bu sərnişin avtobusunu tapmağın müşkülə çevrildiyi barədə məlumatlar yayılıb.




Seen count: 91



RELATED NEWS