QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 May 2026, 12:26
Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb

2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə azalıb.

QalaNews.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il xaricə səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 602,4 min nəfər olub.

Səfər edənlərin 40,8 faizi Türkiyəyə, 16,8 faizi Rusiyaya, 10,8 faizi Gürcüstana, 7,9 faizi İrana, 23,7 faizi isə digər ölkələrə gedib. Türkiyəyə səfərlərin sayı 7,5 faiz artsa da, Rusiya, Gürcüstan, İran və digər ölkələrə səfərlərdə azalma qeydə alınıb. Xaricə gedən vətəndaşların 67,3 faizini kişilər, 32,7 faizini isə qadınlar təşkil edib.

Xaricə səfər edənlərin 69,7 faizi hava nəqliyyatından, 28,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.




Seen count: 94



RELATED NEWS