QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 May 2026, 21:14
Ukraynada ABŞ-ın insanabənzər robotları sınaqdan keçirilib

ABŞ-ın Foundation Future Industries şirkəti Ukraynada döyüş zonasına yaxın ərazilərdə insanabənzər robotların sınaqlarını keçirib.

CNBC-nin məlumatına görə, şirkət pilot nümayiş məqsədilə iki ədəd Phantom MK-1 robotunu Ukraynaya göndərib.

Bu, insanabənzər robotların ilk dəfə döyüş şəraitində sınaqdan keçirilməsi kimi qiymətləndirilir.

Şirkətin baş direktoru Şanket Patekin sözlərinə görə, robotların əsas vəzifəsi ön xəttə sursat çatdırmaq olub.

Məlumata əsasən, Phantom MK-1 modelinin bir sıra məhdudiyyətləri var. Robotun yükdaşıma qabiliyyəti 20 kiloqramdan çox deyil, korpusu isə sudan qorunmur. Bundan əlavə, batareyanın qısa müddət işləməsi onun geniş istifadəsinə mane olan əsas amillərdən biri hesab edilir.

Şirkət yaxın vaxtlarda daha təkmilləşdirilmiş Phantom 2 modelini Ukraynaya göndərməyi planlaşdırır. Bildirilir ki, yeni modelin yükdaşıma qabiliyyəti əvvəlki versiyadan iki dəfə çox olacaq.




Seen count: 92



RELATED NEWS