QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 May 2026, 15:56
İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib

İsrailin Müdafiə Ordusu Livanda radikal Hizbullah qruplaşmasının artilleriya qərargahını məhv edib.

QalaNews.com - un xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Şmaeli rayonunda Hizbullah təşkilatının artilleriya qərargahına hücum edərək onu məhv edib. Hücumdan sonra binanın daxilində silahların olduğunu göstərən təkrar partlayışlar qeydə alınıb. Zərbə rayonda terrorçu qruplaşmaların olması barədə məlumat daxil olduqdan sonra endirilib, - məlumatda qeyd olunur.

Bu gün İsrail Ordusu həmçinin Livandan İsrail istiqamətinə raketlərin atıldığını, onlardan bəzilərinin zərərsizləşdirildiyini, digərlərinin isə heç bir ziyan vurmadan boş ərazilərə düşdüyünü bildirib.

İsrail Ordusundan həmçinin qeyd olunub ki, Hizbullah hərəkatının, xüsusilə İsrailin şimalına yönəlik zərbələrini intensivləşdirə biləcəyi ehtimalına qarşı hazırlıq görülür.

İsrail Ordusunun Livanın cənubundakı əməliyyatlarını genişləndirməsindən sonra, mövcud vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, Livan ərazisindən törədilə biləcək mümkün zərbələrə, xüsusən ölkənin şimal bölgəsinə qarşı hazırlıq işləri aparılır, - bəyanatda vurğulanıb.




Seen count: 90



RELATED NEWS