QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 May 2026, 20:57
Nəvaf Salam: Livan İsrail tərəfindən təhlükəli eskalasiya ilə üz-üzədir

Livanın Baş naziri Nəvaf Salam ölkənin cənubunda İsrail tərəfindən təhlükəli və görünməmiş eskalasiyanı pisləyib və dərhal atəşkəsə çağırıb.

QalaNews.com un məllumatına görə, o, bu barədə televiziya vasitəsilə xalqa müraciətində bildirib.

Yandırılmış torpaq siyasəti İsrailin təhlükəsizliyini təmin etməyəcək, - Salam vurğulayıb.

O, həmçinin Livan və İsrail arasında birbaşa danışıqların tərəfdarı olduğunu bildirərək, diplomatiyanın Beyrut üçün ən az riskli yol olduğunu qeyd edib.

Qeyd edək ki, Livan-İsrail danışıqlarının dördüncü raundu 2-3 iyunda Vaşinqtonda keçiriləcək.




Seen count: 93



RELATED NEWS