QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 May 2026, 12:04
Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı iki fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların Avropa İttifaqının (Aİ) qərarları ilə sinxronlaşdırılmasına dair qərarı qüvvəyə minib.

QalaNews.comun məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirib.

20-ci paket çərçivəsində Avropa İttifaqı sanksiyalarının sinxronlaşdırılması 120 şəxs və təşkilatı əhatə edir və Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəlmiş iqtisadi sanksiyalar tətbiq edir. Onların bir hissəsi artıq Ukraynanın sanksiyaları altındadır. Bugünkü qərar Rusiyanın daha 16 vətəndaşına və Rusiya, Belarus, BƏƏ, Qırğızıstan, Qazaxıstan, Özbəkistandan olan 31 şirkətə aiddir, – məlumatda deyilir.

Bu, həmçinin Rusiyanın nəzarəti altında olan əraziləri də əhatə edir.




Seen count: 93



RELATED NEWS