Namaz vaxtları
Kateqoriyalar
Avqustun 5-də Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.
Kəlbəcər hərbi prokurorluğundan verilən məlumata görə, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Aktual Xəbər
A.Arutyunyan: Azərbaycan ordusunun zərbələri nəticəsində iki hərbçimiz öldürülüb, 19-u isə yaralanıb
HƏRBİ
Britaniya kəşfiyyatı: "Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır"
129
10 Aug, 2022 12:55