RSK-nın müşayiəti ilə növbəti dəfə Xankəndi-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır
Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.
Qalanews xəbər verir ki, onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.