QALA NEWS

08 May Çərşənbə

Bakı 13˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Aug 2022, 14:59
ABŞ institutu: "Ukrayna strateji təşəbbüsü ələ keçirir"

"Ukrayna böyük ehtimalla strateji təşəbbüsü ələ keçirir".

Qalanews xəbər verir ki, bu fikir, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Ukraynanın əks-hücum əməliyyatlarına cavab olaraq qüvvələrini yenidən bölüşdürməyə və səylərini gücləndirməyə davam edir:

"Rusiya Xerson və Qərbi Zaporojya vilayətlərinə daha çox canlı qüvvə və texnika köçürür. Rusiya qüvvələri, həmçinin Ukraynanın başqa yerlərindən Krıma hərbi texnika, xüsusən də artilleriya və aviasiya yerləşdirir. Rusiya ordusu öz səylərini konkret məqsəd üçün birləşdirmək əvəzinə, Ukraynanın Xersondakı əks-hücumlarına cavab verir".

Məlumatda bildirilib ki, Ukraynanın Xersondakı əks-hücum hazırlığı və bununla əlaqədar olaraq Rusiya qüvvələrinin ciddi şəkildə zəifləməsi Kiyevin müharibənin gedişatını formalaşdırmağa imkan verir.




Baxış sayı: 295



OXŞAR XƏBƏRLƏR