QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 May 2022, 14:20
Ukraynada ölən uşaqların sayı 242-yə çatıb

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 242 uşaq ölüb, 440 uşaq güllə və qəlpə yarası alıb.

Qalanews xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 888 təhsil müəssisəsinə ziyan dəyib, 180-i isə tamamilə dağıdılıb.

Qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.




Baxış sayı: 283



OXŞAR XƏBƏRLƏR