QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Dec 2021, 16:48
Rusiyada kömür şaxtasında xəsarət alanların sayı 106 nəfərə çatıb

Rusiyanın Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı artıb.

Bildirilir ki, daha 7 mədən xilasedicisi Kuzbasda xəstəxanaya yerləşdirilib.

Bununla da “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların rəsmi sayı 106 nəfər təşkil edir.

Hazırda 10 nəfər stasionar müalicədədir. Bir nəfərin vəziyyəti orta ağır, 9 nəfərin vəziyyəti kafi qiymətləndirilir, 96 nəfərin ambulator müalicəsi aparılır.

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib. Hadisə 51 nəfərin, o cümlədən 5 mədən xilasedicisinin ölümünə səbəb olub. Faktla bağlı iki cinayət işi (istehsalat təhlükəsizliyinin pozulması və səhlənkarlıq maddələri ilə) başlanıb. Beş nəfər həbs edilib.




Baxış sayı: 252



OXŞAR XƏBƏRLƏR