Ukrayna müvəqqəti işğal olunmuş ərazilərində həlak olan hərbçilərinin meyitlərini geri qaytarıb.
Qalanews xəbər verir ki, bu barədə Ukraynanın İnteqrasiya Nazirliyinin "Telegram" hesabında məlumat verilib.
Bildirilib ki, müvəqqəti işğal olunmuş ərazilərdən daha 62 ukraynalı hərbçinin meyiti geri qaytarılıb. Ukrayna tərəfi bildirib ki, onlardan dördü yaralı və ya xəstə olarkən lazımi tibbi xidmət göstərilməməsi nəticəsində düşmən əsirliyində həlak olub.
“Həlak olan əsgərlərin meyitlərinin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilir. Müdafiəçilərimizin cəsədləri şəxsiyyəti müəyyən edildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün yaxınlarına təhvil veriləcək”, - qeyd olunub.