QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Dec 2021, 19:38
Erməni təxribatçını güllələyən hərbçimizə CİNAYƏT İŞİ AÇILDI – Rusiya təzyiq göstərir?

Xəbər verdiyimiz kimi, dünən Xocavənd rayonunun Çərktar kəndində yaşayan erməni Seyran Sarkisyan rayonun Qurusu deyilən məntəqəsi yaxınlığında yerləşən hərbi postumuza hücum edib.

Qalanews Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxs əsgərimizə hücum edərək, onun silahını əlindən almaq istəyib. Lakin onun bu cəhdinin qarşısı alınıb və zərəsizləşdirilib. Əsgərimiz özünü müdafiə məqsədi ilə atəş açaraq, təxribatçı ermənini öldürüb. Rusiya mətbuat xəbər verir ki, hadisədən sonra əraziyə gələn rus sülhməramlıları araşdırma aparıblar. Məlum olub ki, erməni təxribatçını zərərsizləşdirən şəxs Azərbaycan Ordusunun əsgəri Davud Qabil oğlu Rəhimzadədir. Rus sülhməramlıları onunla söhbət edib, hadisə barədə danışıblar. Rəhimzadə bildirib ki, Seyran Sarkisyan ona hücum edərək, silahını əlindən almağa çalışıb. O da hərbi postu qoruduğunu və təxribatın qarşısını almaq üçün əvvəlcə xəbərdarlıq atəşi açıb. Lakin təxribatçı ona hücum edəndə onu vurmaq məcburiyyətində qalıb.




Baxış sayı: 4358



OXŞAR XƏBƏRLƏR