QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2021, 13:57
Qandonduran faktlar üzə çıxdı: Erməni generallar 44 günlük müharibə zamanı 250 hərbçinin ölüm əmrini verib


(Əhalisi və ərazisi olmayan) Dağlıq Qarabağ prokurorluğu Milli Təhlükəsizlik Xidmətinə bloger Roman Bağdasaryanın videosunu göndərərək «Qarabağ generalları» haqda bir neçə qalmaqallı bəyanat verib.

Qalanews bu barədə Sputnik Armenia-ya istinadən xəbər verir.

Bundan əvvəl Bağdasaryan növbəti videosunda deyib ki, 44 günlük müharibə zamanı Dağlıq Qarabağ Müdafiə Ordusunun zabitləri və generalları qətl törədib, əmrlər verib, onların icrası zamanı yüzlərlə və minlərlə əsgər öldürülüb. Xüsusilə, yalnız Madagiz (Suqovuşan) istiqamətində «cinayət» əmrləri nəticəsində 250 hərbçi öldürülmüşdür. Onların ölümündə də yüksək rütbəli hərbçilər günahkardır.

Prokurorluqdan verilən məlumata görə, bu videoda Baqdasaryan cinayət haqqında məlumat verib. Buna əsasən materialın sonrakı müzakirə üçün Milli Təhlükəsizlik Şurasına təhvil verilməsi qərara alınıb.




Baxış sayı: 1339



OXŞAR XƏBƏRLƏR