QALA NEWS

20 İyun Şənbə

Bakı 28˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jun 2026, 09:55
Dünyada neft ehtiyatlarının kəskin azalması proqnozlaşdırılır

Hörmüz boğazının uzunmüddətli bloklanması neft ehtiyatlarının kritik səviyyəyə enməsinə səbəb olacaq.

Bu barədə HSBC maliyyə holdinqinin analitikləri Bloombergə məlumat verib.

Proqnozlara görə, İran və ABŞ tərəfindən Hörmüz boğazının uzun müddət bağlanması dünya üzrə neft ehtiyatlarında ciddi azalmaya gətirib çıxara bilər.

Mütəxəssislər bildirirlər ki, Yaxın Şərqdə yerləşən bu mühüm logistik marşrutun uzunmüddətli bağlanması qlobal tələblə təklif arasındakı balanssızlığı daha da gücləndirəcək. Belə vəziyyətdə bir çox ölkə neft qiymətlərini sabit saxlamaq üçün öz strateji ehtiyatlarını bazara çıxarmağa məcbur olacaq.

Nəticədə dünya üzrə neft ehtiyatları kritik həddə qədər azala bilər. Bu isə neft qiymətlərində daha sürətli və kəskin artıma, həmçinin qlobal bazarda yanacaq çatışmazlığına səbəb ola bilər.

Əlavə olaraq, yay mövsümündə yanacağa olan tələbin artması vəziyyəti daha da gərginləşdirə bilər. Aberdeen investisiya şirkətinin baş iqtisadçısı Pol Digql bildirib ki, Yaxın Şərqdən tədarükdəki pozuntular artıq təzyiq altında olan bazarı daha da çətin vəziyyətə salacaq.

O, müharibənin İranda uzanacağı halda neft qiymətlərinin ilin sonuna qədər bir barel üçün 180 dollara qədər yüksələ biləcəyini də istisna etməyib.




Baxış sayı: 105



OXŞAR XƏBƏRLƏR