QALA NEWS

20 İyun Şənbə

Bakı 28˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jun 2026, 06:23
“Azeri Light” bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

QalaNews.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6.57 ABŞ dolları və ya 6,7% artaraq 104.58 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98.01 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.




Baxış sayı: 104



OXŞAR XƏBƏRLƏR