Amerikalı aktrisa Sofiya Vergara və aktyor Co Manganiello yeddillik evlilikdən sonra boşanmaq qərarına gəliblər.
QalaNews.com xəbər verir ki, bu barədə cütlük açıqlama yayıb.“Boşanmaq üçün çətin qərar qəbul etdik.
Bir-birimizi çox sevən və qayğı göstərən iki insan olaraq, həyatımızın bu yeni mərhələsinə qədəm qoyduğumuz müddət ərzində şəxsi həyatımıza hörmətlə yanaşmağı nəzakətlə xahiş edirik”, - açıqlamada deyilir.
“Daily Mail” nəşri ər-arvadın yaxınlarına istinadən yazır ki, onların boşanmasına səbəb aktrisanın alkoqol asılılığıdır.
Xatırladaq ki, cütlük 2015-ci ildə ailə həyatı qurmuşdu.