QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 08 Jul 2023, 11:35
Azərbaycanlı fanatı Sezenin villasına girməyə çalışıb
Məşhur türkiyəli müğənni Sezen Aksunun fanatı, Lalə Arif adlı 47 yaşlı azərbaycanlı müğənninin Beykoz Kanlıcadakı malikanəsinə girməyə cəhd edib.

“Qalanews” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən il oktyabın 23-də baş verib.

L. Arif gecə 02:00 radələrində S. Aksunun malikanəsinin qapı zəngini çalıb. Qapıdakı mühafizəçilər fanatın içəri girməsinə mane olmağa çalışsalar da, qadın bunu etmək üçün onlara müqavimət göstərib.

Bundan sonra əraziyə polislər çağırılıb və Lalə tutulub. Daha sonra məlum olub ki, qadın fanat bir neçə dəfə S. Aksunun evinə girməyə cəhd edib.

Lalə Arif barəsində “İnsanların asayişini pozmaq, təhdid etmək, təhqir etmək” maddəsi ilə cinayət işi başlanıb.

Prosesdən sonra L. Arif deportasiya edilib.




Baxış sayı: 240



OXŞAR XƏBƏRLƏR