QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 15:13
Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılmasına dair görüşün nəticələrindən danışıb
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edib.

“Qalanews” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqların 9 saat davam etdiyini bildirib.

“Prinsipcə, mətn yüksək səviyyədə hazırdır. İki-üç məqamla bağlı fikir ayrılıqları var. Onlar hələ də müzakirə olunmalıdır. Buraya dəmir yolunun konkret olaraq haradan keçəcəyi yerlərlə bağlı məqamlar da daxildir. Biz məhsulların gömrük nəzarətinin necə aparılması ilə bağlı razılığa gəldik”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu, dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq.



Baxış sayı: 145



OXŞAR XƏBƏRLƏR