QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jun 2023, 15:24
Rusiya MN: Sərhəddə 10-dan çox ukraynalı silahlı məhv edilib
“Kiyev Rusiya Federasiyasının sərhəd bölgələrində terror aktlarına cəhd etməkdə davam edir”.

Qalanews-ın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, ukraynalı silahlılar dünən Belqorod vilayətinin Novaya Tavoljanka rayonuna daxil olmağa cəhd ediblər, lakin hava və artilleriya zərbələri nəticəsində cəhdin qarşısı alınıb, 10-dan çox silahlı məhv edilib.

“Qarşıdurma zamanı Ukraynanın 5 minaatan tağımı sıradan çıxarılıb, Rusiya ərazisinə hücum edən Polşa istehsalı olan iki “Krab” özüyeriyən silah qurğusu məhv edilib. Rusiya Silahlı Qüvvələri son sutka ərzində Donetsk istiqamətində 425-ə qədər ukraynalı hərbçini məhv edib. Bundan başqa, Rusiya hava hücumundan müdafiə sistemləri Donetskdə Ukrayna Silahlı Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub. RF Silahlı Qüvvələri Zaporojye istiqamətində düşmənə xeyli itki verib”, - Rusiya MN-in məlumatında qeyd olunub.



Baxış sayı: 167



OXŞAR XƏBƏRLƏR