QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jun 2023, 14:38
Şimşək çaxacaq, dolu düşəcək Yenilənib
Ölkə ərazisində faktiki hava açıqlanıb. 

“Qalanews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 2-si saat 09:00-a olan məlumata əsasən ötən gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib. Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur. Cənub-şərq küləyi əsir.  Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir: “Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”. 

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.

***
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 2-si saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Cənub-şərq küləyi əsir. 

Havanın temperaturu aran rayonlarında 23-27° isti, dağlıq rayonlarda 17-19° isti qeydə alınıb.

Respublikanın bəzi çaylarında sululuq artıb. Bərgüşadçayda 28 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində 10 sm, Kür-Zərdabda 8 sm, Kür-Surrada 3 sm, Gəncəçay-Alaxançallıda 3 sm, Qabırrı-Kəsəmən, Əyriçay-Ağyazı, Katexçay-Qəbizdərə və Bəsitçay-Rəzdərədə 1 sm artım olub.

 



Baxış sayı: 131



OXŞAR XƏBƏRLƏR