QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jul 2023, 17:24
Bu il 146 şagird ali məktəblərə imtahansız qəbul ola bilər
Respublika Fənn Olimpiadaları üzrə builki qaliblər arasında 146 nəfər 11-ci sinif şagirdidir.

Qalanews xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev jurnalistlərə açıqlamasında deyib.

"Respublika Fənn Olimpiada qalibləri müsabiqədənkənar ali məktəblərə qəbul ola bilərlər. Bu, Nazirlər Kabinetininin 2022-ci ildəki müvafiq qərarına əsasən həyata keçirilir", - deyə o qeyd edib.

Qeyd edək ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb. Qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir.



Baxış sayı: 261



OXŞAR XƏBƏRLƏR