QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2023, 11:50
Ukrayna və Britaniya "Vaqner"in Baxmutdan çıxmağa başladığını təsdiqləyib
“Vaqner” muzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərini tərk etməyə başlayıb.

“Qalanews” xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bu, “Vaqner”in mübarizədən əl çəkməsi kimi qiymətləndirilməməlidir:

“Onlar növbəti dəfə qruplaşdıqdan sonra fərqli istiqamətlərdə yenidən hücuma keçəcəklər”.

Danilov Baxmutun müharibənin gedişatında mühüm rol olduğunu vurğulayıb:

“Biz şəhəri müdafiə etməyə davam edəcəyik”.

Bundan başqa, Böyük Britaniya Müdafiə Nazirliyi də kəşfiyyat məlumatlarına əsasən qeyd edib ki, “Vaqner”çilər şəhərdən çıxmağa başlayıblar:

“Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında ziddiyyət var. Buna baxmayaraq, “Vaqner”çilər yenidən hücuma keçə bilərlər”.

Qeyd edək ki, “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yengeni Priqojın daha əvvəl demişdi ki, onlar iyunun 1-də şəhərdən tamamilə çıxacaqlar.




Baxış sayı: 162



OXŞAR XƏBƏRLƏR