QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2023, 11:26
“ABŞ Ukraynadakı münaqişəni mümkün qədər uzatmaq istəyir”
“ABŞ Ukraynadakı münaqişəni mümkün qədər uzatmaq və onu daha da qanlı etmək istəyir”.

“Qalanews” xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“ABŞ və onun NATO müttəfiqləri son aylarda Ukraynaya silah tədarükü nomenklaturasını, o cümlədən ağır tanklar, artilleriya və uzunmənzilli qanadlı raketlərin tədarükünü nəzərəçarpacaq dərəcədə genişləndiriblər. Hazırda Kiyevə F-16 təyyarələrinin verilməsi ilə bağlı danışıqlar aparılır”, - deyə nazir müavini qeyd edib.

Siyasətçinin sözlərinə görə, Vaşinqton və Londonun münaqişəni mümkün qədər uzatmaq, onu daha da qanlı etmək istəyi göz önündədir.

Qaluzin bildirib ki, Ukraynanın birinci şəxslərinin bəyanatları və Qərb siyasətçilərinin qarşıdakı “əks-hücum” barədə müntəzəm şərhləri anqlo-saksların Rusiyaya strateji məğlubiyyət verməsi üçün həyata keçirdiyi xəttin eynisidir.



Baxış sayı: 133



OXŞAR XƏBƏRLƏR