QALA NEWS

29 May Çərşənbə

Bakı 20˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 18:48
Fövqəladə halların qarşısının alınması ilə bağlı dəyirmi masa keçirilib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı FHN-in Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyəti” mövzusunda “dəyirmi masa” keçirib.

FHN-dən Qalanews-a verilən məlumata görə, “Dəyirmi masa”da Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, FHN-in Aparatı və qurumlarının əməkdaşları, Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri, Bakı şəhəri rayonları və qəsəbələrinin bələdiyyə sədrləri, eləcə də paytaxtın mülki müdafiə xidmətləri və digər aidiyyəti təşkilatların məsul nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyaları ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının sədri Hümbət Hüseynov və Milli Assosiasiyanın icraçı katibi - Bələdiyyələrlə iş Departamentinin direktoru Vüsal Paşayev çıxışlarında mövcud vəziyyət, problemlər və perspektivlər barədə danışıb, həmçinin, bələdiyyələrin qeyd olunan sahələr üzrə fəaliyyətlərinin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndiriblər.



Baxış sayı: 180



OXŞAR XƏBƏRLƏR