QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 16:47
ABŞ-ın Baş Qərargahlar rəisi Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmır
ABŞ Silahlı Qüvvələri Baş Qərargahlar rəisi general Mark Milli deyib ki, Ukrayna çətin ki, bu il bütün Rusiya qüvvələrini öz ərazisindən çıxarsın.
Qalanews  xəbər verir ki, bu barədə amerikalı general "Defence One" ilə müsahibəsində danışıb.
"Mən düşünmürəm ki, bu, bu il üçün həyata keçirilə bilər. Prezident Zelenski dəfələrlə açıq şəkildə bəyan edib ki, Ukraynanın məqsədi hər bir rusiyalı hərbçini Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən qovmaqdır və bu, mühüm hərbi vəzifədir. Çox, çox çətin hərbi tapşırıqdır. Siz hələ də Rusiya tərəfindən işğal olunmuş Ukraynada bir neçə yüz min hərbçinin olduğunu görürük".

General Ukraynanın öz ərazilərini bu il tam azad edə biləcəyinin müqmkünsüz olmadığını da əlavə edib.

"Mən demirəm ki, bunu etmək mümükün deyil, sadəcə deyirəm ki, bu, çox çətin işdir. Amma bu, onların məqsədidir və şübhəsiz ki, onların buna haqqı var, bu onların ölkəsidir. Və ukraynalıların bununla bağlı inamı, əhaval-ruhiyyəsi güclüdür", - Mark Malli vurğulayıb.



Baxış sayı: 167



OXŞAR XƏBƏRLƏR