QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 15:48
ABŞ-nin yaşlı prezidenti yol uzaq olduğu üçün mühüm tədbirə xanımını göndərəcək
ABŞ-nin yaşlı prezidenti yol uzaq olduğu üçün mühüm tədbirə xanımını göndərəcək
Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə ABŞ Prezidenti Co Baydenin əvəzinə xanımı Cill Bayden yollana bilər.

Bu barədə “The Telegraph” Bayden administrasiyasına yaxın mənbəyə istinadən yazır.

Mənbə bildirib ki, ABŞ prezidenti yaşlı olduğundan xarici səfərlər ondan kifayət qədər böyük güc alır. Bundan əlavə, Baydenin apreldə İrlandiyaya səfəri planlaşdırılıb.

“Xarici səfərlər onu kifayət qədər yorur. Onlar (administrasiyanın əməkdaşları) bunu məhdudlaşdırmağa çalışırlar”, - deyən mənbə Atlantik okeanı iki dəfə ard-arda keçməyin prezidentin yaşına görə çətin ola biləcəyini vurğulayıblar.

Eyni zamanda, Vaşinqton snobizm ittihamlarından yayınmağa çalışır. Buna görə mərasimə Cill Bayden də daxil olmaqla ən yüksək səviyyəli nümayəndələrini göndərməyə hazırdır.

Qeyd edək ki, Böyük Britaniyanın yeni hökmdarı III Çarlzın rəsmi tacqoyma mərasimi mayın 6-na planlaşdırılıb.



Baxış sayı: 153



OXŞAR XƏBƏRLƏR