QALA NEWS

19 Mart Çərşənbə axşamı

Bakı 9˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 17:46
Britaniya və İsrail Baş nazirləri İranın regional təhlükəsizliyə yaratdığı təhdidi müzakirə ediblər
Britaniya Baş naziri Rişi Sunak Londonda səfərdə olan İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Qalanews   xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər iki ölkə arasında əməkdaşlıq imkanlarını və bunun daha da dərinləşdirilməsini müzakirə ediblər.

"İki lider bu həftə ikitərəfli əlaqələrimizi inkişaf etdirəcək və növbəti onillikdə elm və texnologiya sahəsində birgə layihələri üçün 20 milyon funt-sterlinq vəsaitin ayrılmasını nəzərdə tutan Böyük Britaniya-İsrail 2030 Yol Xəritəsinin imzalanmasını alqışlayıblar".

Rişi Sunakın ofisindən bildirilib ki, görüş zamanı o, israilli həmkarı ilə "Rusiyanın Ukraynaya qeyri-qanuni müdaxiləsi və İranın regional sabitliyə yaratdığı təhlükə də daxil olmaqla, ortaq təhlükəsizlik və müdafiə problemlərini müzakirə edib".

"İranla bağlı liderlər Böyük Britaniya və İsrailin İranın sabitliyi pozan fəaliyyəti ilə bağlı əhəmiyyətli narahatlığını müzakirə ediblər və hökumətlərimizin təcavüzə qarşı cavab vermək və nüvə silahının yayılması riskini idarə etmək üçün sıx əməkdaşlıq etməyə davam edəcəkləri barədə razılığa gəliblər", Britaniya Baş nazirinin Ofisinin yaydığı məlumatda qeyd olunub.

Görüş zamanı Britaniya Baş naziri İsraildə təklif olunan məhkəmə islahatları da daxil olmaqla, iki ölkə arasında münasibətlərinin əsasını təşkil edən demokratik dəyərlərin qorunmasının vacibliyini də vurğulayıb.



Baxış sayı: 138



OXŞAR XƏBƏRLƏR