QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 17:09
Dostları Oqtay Əliyevin “Yeni ulduz”la bağlı arzusunu gerçəkləşdirəcəklər
Dostları Oqtay Əliyevin “Yeni ulduz”la bağlı arzusunu gerçəkləşdirəcəklər
Xalq artisti Mübariz Tağıyev verilişlərin birində mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin gələcək planlarından danışıb.

Qalanews-un  məlumatına görə, Mübariz Tağıyev O.Əliyevin məşhur “Yeni ulduz” layihəsini yenidən etməyi planlaşdırdığını bildirib:

“Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Valideynlərimiz çox yaxın olublar. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə təsir etdi. Dilarə nə haldadır... Anası, atasından danışmıram, necə bir vəziyyət yaranmışdı. Bunları gördüm, dəhşət idi.

“Yeni ulduz”dan danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Bu layihəni başqa cür görürəm artıq. Çox danışmayacağam. Çünki biz dostları onun bu istədiyini həyata keçirəcəyik”.

Aparıcı Vüsalə Əlizadə isə mərhumla Aygün Kazımovanın ad günündə danışdıqlarını qeyd edib:

“Biz Aygün xanımın repertuarından mahnı oxuduq. Qayıtdı ki, bizim uşaqlar böyüyüb, necə gözəl performanslar göstərirlər. Dedi ki, Novruz bayramından sonra bunu edəcəyəm. Mütləq olacaq”. 



Baxış sayı: 145



OXŞAR XƏBƏRLƏR